FED-in dekabr ayında uçot dərəcəsini artırması o qədər də kəskin olmaya bilər
Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel ABŞ-da inflyasiyanın hələ də çox yüksək olduğunu vurğulayıbMərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) Dekabrın 13-14-də keçiriləcək iclasından faiz dərəcəsini 75 bənddən az artıra bilər.
Marja xəbər verir ki, bunu çərşənbə günü FED-in sədri Cerom Pauel bildirib.
Mərkəzi Bankın faizlərini dekabrda 50 bənd artıracağı proqnozlaşdırılır.
Eyni zamanda, Cerom Pauel qeyd edib ki, FED-in sürətli sərt pul siyasətinin (faizin artırılması - red) tam effekti hələ də hiss olunmur.
Pauell vurğulayıb ki, hazırda ABŞ-da inflyasiya həddən artıq yüksək olaraq qalır.
"Qiymət sabitliyini bərpa etmək üçün hələ çox yolumuz var", - o, deyib.
FED faizlərini ardıcıl dörd dəfə 75 bənd artıraraq 3,75-4%-ə çatdırıb. Bütövlükdə, FED ötən illə müqayisədə oktyabrda 7,7% artan istehlak qiymətlərinin yüksəlməsini cilovlamaq məqsədilə bu il faizlərini 6 dəfə artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 12 d. əvvəl
- 36 d. əvvəl
-
45 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
49 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı















.jpg)






