“Azərlotereya”nın “Poz-Qazan” oyunlarında noyabrda 10 böyük uduş qazanıldı
(®) Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyaları üzrə noyabr ayında ümumilikdə 10 böyük uduş qazanılıb.
Onlardan “5X” ani lotereyasında 100 000, “Şans Ulduzu” və “Ani 50”də 50 000, “Qızıl”da 25 000 manat, həmçinin ”Zümrüd”də 1, “Şans Ulduzu”nda 2, “Ani 50”də 3 dəfə 10 000 manat qazanılıb.
Uduşların qazanıldığı bölgələrə gəlincə, “5X” ani lotereyasında böyük uduş Lənkəran sakini Zöhrab Səfərova qismət olub. Bakı şəhər sakini Rəvan Rzayev “Qızıl” biletində 25 000 manat qazanıb. Sumqayıt sakini “Ani 50”də, Bakı şəhər sakini Elvin Hüseynov isə “Şans Ulduzu” ani lotereyasında 50 000 manat mükafatın sahibi olub.
Bakı, Gəncə və Füzuli sakinləri “Ani 50”də 10 000 manat qazanıblar. “Zümrüd”də 10 000 manat Beyləqan, “Şans Ulduzu”nda 10 000 manat uduşlar isə Bakı və Quba sakinlərinin bəxtinə çıxıb.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin “Poz-Qazan” biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, market və metrolardakı satış nöqtələri, eləcə də “Azərpoçt” şöbələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 2 d. əvvəl
-
- 9 d. əvvəl
-
18 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 35 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
















.jpg)







