Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sərnişin Daşımalarının Monitorinq Mərkəzi istifadəyə verilib.
Mərkəzin yaradılmasında məqsəd avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası sərnişin daşımalarının həyata keçirilməsi zamanı marşrut pasportuna və sxeminə, həmçinin qüvvədə olan təhlükəsizliyə dair qayda və tələblərə riayət edilməsi vəziyyətinin monitorinqinin aparılması, tələbatın davamlı şəkildə qiymətləndirilməsidir.
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma fəaliyyətinə nəzarət avtobuslara quraşdırılan GPS avadanlığı vasitəsilə Monitorinq Mərkəzindən həyata keçirilir. Gün ərzində xəttə çıxan avtobusların hərəkət qrafikində təyin edilmiş vaxt üzrə başlanğıc, aralıq və son məntəqələrdən hərəkətlərinə, kənar dayanacaqlarda dayanmalarına, xətdən yayınmalarına nəzarət edilir. Həmçinin avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənməsi, tormozlaması, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı, həmçinin təhlili aparılır. Mərkəzdə avtobusların yerləşdikləri məntəqələrin koordinatları da təyin edilir.
Eyni zamanda sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə 24 saat monitorinq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















