"Teleradio" İstehsalat Birliyi ötən ili zərərlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi 2021-ci ili 372 min manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2021-ci ildən 727 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il "Teleradio" İstehsalat Birliyinin xidmətlərinin satışından gəlirləri 10 milyon 696 min manat (əvvəlki ilə nisbətən 11,5 % az), xidmətlərinin maya dəyəri 6 milyon 505 min manat (0,3 % az), digər gəlirləri 3 min manat (dəyişməyib), ümumi və inzibati xərcləri 4 milyon 108 min manat (2,8 % az), maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 289 min manat (33,2 % çox), məzənnə fərqindən zərəri 35 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 134 min manat (66,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 20 milyon 424 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9 % azdır.
Hesabat dövründə qurumun öhdəlikləri 26 % azalaraq 615 min manata, balans kapitalı isə 0,9 % azalaraq 19 milyon 809 min manata düşüb.
Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon 359 min manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)





