Azərbaycanda inflyasiya düşməyə başlayıb
Azərbaycanda 12 aylıq inflyasiya 15,6%-dən 15,1%-ə geriləyib.2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat ayıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artmışdı.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 15,1 faiz yüksəlib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 artmışdı.
2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20,1 faiz artıb (oktyabrda 21% artmışdı).
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 12,1 faiz artıb. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2022-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 10,7 faiz yüksəlib. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma sabit şəbəkə telefonlarından istifadəyə görə əhali qrupu üzrə aylıq abunə haqqının, mebellərin, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə sabit şəbəkə telefonları ilə respublika daxilində şəhərlərarası danışıq haqqının və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
-
- 26 d. əvvəl
-
29 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub























