Norveç və İsveçrə də faiz dərəcələrini artırdı
Norveç və İsveçrə Mərkəzi Bankları inflyasiyanı cilovlamaq üçün 2022-ci ilin son iclasında faiz dərəcələrini artırıblar.
Marja xəbər verir ki, Norveç Mərkəzi Bankı siyasət faizini 25 baza bəndi artıraraq 2,75%-ə çatdırıb. Beləliklə, faiz dərəcəsi son 13 ilin ən yüksək səviyyəsinə yüksəlib.
İqtisadiyyatda gözlənilməz hadisə olmazsa, gələn il siyasət faizinin 3 faiz civarında olacağı bildirilib.
İyun ayında son 20 ilin ən böyük faiz artımından sonra ölkədə inflyasiya 35 ilin zirvəsindən enməyə başlayıb.
İsveçrə Milli Bankı da artan inflyasiya təzyiqləri səbəbindən siyasət faizini 50 baza bəndi artıraraq 1 faizə çatdırıb. Belə ki, bank bu il üçüncü dəfə faiz dərəcələrini artırıb. Ölkədə inflyasiya avqustda 3,5% olmaqla son 30 ilin ən yüksək səviyyəsinə çatmış, keçən ay isə 3 faizə düşmüşdü. İyun ayında bank 15 ildə ilk dəfə mənfi faiz dərəcəsini mənfi 0,75 faizdən mənfi 0,25 faizə endirib, sentyabr ayında isə onu müsbət zonaya 75 baza bəndi artırıb.
Fed də dünən faiz dərəcələrini 50 bənd artıraraq4,25%- 4,50% aralığına çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























