“Kapital Bank”ın nizamnamə kapitalı artırılır - MƏBLƏĞ
“Kapital Bank” ASC-nin nizamnamə kapitalı 20 milyon manat və ya 8,1% artırılır.
Marja.az xəbər verir ki, bu barədə 17 noyabr 2022-ci il tarixində “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağında qərar qəbul edilib.
Qərar əsasən, Bankın nizamnamə kapitalı təxminən 245 milyon 850 min manatdan 265 milyon 850 milyon manata qaldırılır.
"Nizamnamə kapitalı 265 849 999.80 manat olmaqla səhmdarlar tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunub. Bankın səhmlərinin hər birinin nominal dəyəri 12,39 manatdır”, - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş dəyişiklikdə bildirilir.
Qərarda qeyd edilib ki, səhmlərin ümumi sayı 21 456 820 ədədir.
Səhmlər növünə və formasına görə aşağıdakı qaydada bölünür:
Səhmin növü adi, forması sənədsiz adlı – 16 614 205 ədəd;
Səhmin növü qeyri-kumulyativ müddətsiz imtiyazlı, forması sənədsiz adlı –4 842 615ədəd.
Xəbər verdiyimiz kimi, "Kapital Bank" ASC 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 210 milyon 609 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Kapital Bankı"ın xalis mənfəəti 75 milyon 428 min manat və ya 55,8% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
14 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
18 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?



























