Türkiyə şirkəti "həftədə 4 gün iş" sisteminə keçir
Akrilik lif istehsalçısı Aksa Akrilik yanvarın 1-dən etibarən həftədə 4 gün fəaliyyət göstərməyə başlayır. 31 Mart 2023-cü ilə qədər sınaqdan keçiriləcək tətbiq ilə məhsuldarlığı və işçi məmnuniyyətini artırmaq hədəflənir.Tekstil sənayesi üçün akril lif istehsal edən Türkiyənin "Aksa Akrilik" şirkəti həftədə dörd gün iş sisteminin tətbiqinə başlayır.
Marja xəbər verir ki, "Aksa Akrilik" şirkətinin İdarə Heyətinin Üzvü və Baş Direktoru Cengiz Taş, son illərdə pandemiya və texnoloji inkişafın təsiri ilə bir çox sektorlarda müxtəlif iş təcrübələrinin tətbiqinə başlandığına diqqət çəkərək, “Biz örnək olacağıq, üç ay boyunca həftənin 4 günü iş sistemini sınayacağıq".
Tətbiq çərçivəsində işçilərin performansları iş nəticələrinə görə ölçüləcək.
Tətbiq 1 yanvar - 31 mart 2023-cü il tarixləri arasında həyata keçiriləcək.
Cengiz Taş deyib: "İnanırıq ki, pilot layihə biznes nəticələrimizin keyfiyyətinin artmasına öz töhfəsini verəcək".
Bütün dünyada həftədə 5 gün olan iş vaxtını azaldan şirkətlərin sayı artmaqdadır. İndiyə qədər həftədə 4 günlük iş Böyük Britaniya, Belçika, ABŞ, Yeni Zelandiya, İrlandiya və Kanadadakı bəzi şirkətlər tərəfindən sınaqdan keçirilir. Tədqiqatlar göstərir ki, 4 günlük sistem təkcə məhsuldarlığı və rifahı yaxşılaşdırmır, həm də şirkətlərin enerji xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 3 d. əvvəl
-
22 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 47 d. əvvəl
-
59 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Ən çox oxunanlar
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























