Avro daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
ABŞ-da inflyasiyanın geriləməsi dolların ucuzlaşmasına səbəb olurÖtən həftənin sonu ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu. Nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi. “Ayı”lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.
Təhlillərə əsasən Dollar indeksində eniş tendensiya dərinləşərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.09$ və 1.23$-a kimi bahalaşa bilərlər.
Eyni zamanda gün ərzində Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada və Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi kimi önəmli məlumatlar investorların diqqət mərkəzində olacaqdır.
Dolların kəskin ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1915$ həddini qıra bilsə, artım tendensiyası 1925$ və 1942$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)
















.jpg)

