Məhsul qiymətləri ilə bağlı “Veysəloğlu”dan aylıq AÇIQLAMA
Veysəloğlu: Marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar 19.3% bahalaşıb. Tez köhnələn qida məhsullarının qiyməti orta hesabla 22.6% artıb.Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il dekabr ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin dekabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 19.3% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 22.6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6.0% artım izlənilib.
Veysəloğlu Şirkətlər Qrupu qeyd edibki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
İndeksə əsasən, 2022-ci ilin yanvar-dekabr və 2021-ci ilin yanvar-dekabr dövrləri arasında ortalama 16.3% qiymət dəyişikliyi müşahidə olunub. Qeyd edilən dövr üzrə tez köhnələn qida məhsullarının qiymətində keçən dövrə nisbətən 14.5%, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.6%, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 12.5% artım izlənilib (Cədvəl 1).

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)








.jpg)






