Bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilib
Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin reyestri yaradılmış və dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilmişdirMərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri (Reyestr) yaradılmış və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin Reyestrə real vaxt rejimində ötürülməsi təmin edilmişdir.
Marja xəbər verir ki. bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Eyni zamanda, müvafiq Qərarın icrası çərçivəsində Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Dövlət satınalmalarının vahid internet portalına (https://etender.gov.az) inteqrasiya edilmiş və tenderlərdə iştirak edən sahibkarların istifadəsinə verilmişdir. Bununla da, Dövlət satınalmalarının vahid internet portalında keçirilən elektron satınalmada iddiaçı qismində çıxış edən fiziki və hüquqi şəxslər müvafiq bank zəmanətlərini portal vasitəsilə Reyestrdən real vaxt rejimində əldə edə və birbaşa satınalan təşkilata təqdim edə bilər.
Mərkəzi Bank maliyyə-bank xidmətlərini rəqəmsallaşdıraraq ölkədə biznes subyetklərinin maliyyə alətlərinə çıxış imkanlarının asanlaşdırılması və elektron maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyəti davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?

























