"AFB Bank"ın əməliyyat mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank" 2022-ci ili 10 milyon 884 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 9 milyon 303 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 17% və ya 1 milyon 581 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "AFB Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 29 milyon 645 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 29,5% (və ya 6 milyon 760 min manat) çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 22 milyon 885 min manat təşkil etmişdi.
2022-ci ildə "AFB Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 956 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 6,5% və ya 1 milyon 221 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 18 milyon 735 min manat təşkil etmişdi.
Ötən il "AFB Bank"ın gəlirləri xərclərini üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 689 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 3 milyon 900 min manat mənfəətə əlavə edilib.
2021-ci ildə "AFB Bank"ın əməliyyat mənfəəti 4 milyon 150 min manat təşkil etmiş, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 8 milyon 53 min manat mənfəətə əlavə edilmişdi. 2021-ci illə müqayisədə 2022-ci ildə "AFB Bank"ın əməliyyat mənfəəti 2,3 dəfə və ya 5 milyon 539 min manat artıb.
"AFB Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 10 milyon 144 min manat və ya 3,7% artaraq 282 milyon 381 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 28 milyon 67 min manat və ya 19,6% artaraq 170 milyon 854 min manata yüksəlib. Ötən il Bankın biznes kreditləri portfeli 18 milyon 303 min manat, istehlak kreditləri portfeli 2 milyon 686 min manat, ipoteka kreditləri portfeli 7 milyon 78 min manat artıb.
"AFB Bank"da cəmi depozitlər 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 104 min manat azalaraq 116 milyon 168 min manata düşüb, o cümlədən fiziki şəxslərin depozitləri 3 milyon 496 min manat artaraq 29 milyon 819 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 4 milyon 600 min manat azlaraq 86 milyon 348 min manata geriləyib.
31 Dekabr 2022-ci il tarixində "AFB Bank" 82 milyon 458 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 80 milyon 21 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 6 saat sonra
-
30 d. əvvəl
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
-
39 d. əvvəl
Avropa İttifaqından Türkiyə və Ermənistan arasında ticarətin başlamasına dəstək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
14 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
Ən çox oxunanlar
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib












.jpg)








