"Yelo Bank" yüksək xərclər ilə "boğuşur"
"Yelo Bank"ın gəlirləri artsa da xərclərinin də təxminən eyni temptə artması Banka yüksək əməliyyat mənfəəti əldə etməyə imkan vermir. "Yelo Bank"ın gəlirləri və xərcləri təxminən başabaş gedir. Bankın rəhbərliyi əvvəlki illərdə yüksək xərcləri rəqəmsallaşmaya keçid, yeni filialların açılması üzrə artan xərclər ilə əlaqələndirmişdi. Bankın hesabatından isə məlum olur ki, yüksək xərclər əsasən depozitlər üzrə faizlər və əməkhaqqı xərclərilə bağlıdır.
Marja xəbər verir ki, "Yelo Bank" ASC 2022-ci ili 5 milyon 228 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 11 milyon 733 min manat xalis mənfəət ilə bağlamşdı. "Yelo Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2,2 dəfə və ya 6 milyon 505 min manat azalıb.
2022-ci ildə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 96 milyon 394 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat gəlirləri 67 milyon 176 min manat təşkil etmişdi.
2022-ci ildə "Yelo Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 95 milyon 722 min manat təşkil edib. 2021-ci ildə Bankın əməliyyat xərcləri 68 milyon 768 min manat təşkil etmişdi.
Ötən il "Yelo Bank"ın xərcləri gəlirlərinin 99%-dən çoxunu sildiyindən əməliyyat mənfəəti cəmi 673 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 4 milyon 555 min manatın hesabına "Yelo Bank"ın mənfəəti 5 milyon 228 min manata yüksəlib.
2021-ci ildə "Yelo Bank"ın xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 592 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 13 milyon 326 min manatın hesabına bank 11 milyon 733 min manat xalis mənfəət açıqlamışdı.
Ötən il Bankın depozitlər üzrə xərcləri 11 milyon 422 min manat və ya 70,1% artaraq 27 milyon 711 milyon manata, əməkhaqqı üzrə xərcləri isə 8 milyon 750 min manat və ya 36,7% artaraq 32 milyon 557 min manata yüksəlib. "Yelo Bank" yüksək əmanət faizləri təklif edən banklardan biridir. İqtisadi ədəbiyyata görə, faiz həm də riskin qiymətidir. Təklif edilən faizin yüksək olması riskin də yüksək olmasına işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?




















