ABŞ Mərkəzi Bankı faiz qərarını açıqladı - FED sürətini azaldır
ABŞ Federal Ehtiyat Sistemi (mərkəzi bank, FED) 2 günlük iclasdan sonra maraqla gözlənilən faiz qərarını açıqladı. Gözlənildiyi kimi, FED artım sürətini yavaşlatdı və faizini 0,25 bənd artırdı. Faizin artırılmasının davam etdirilməsinin məqsədəuyğun olacağı bildirilib.ABŞ Mərkəzi Bankı (FED) 2023-cü ildə ilk faiz qərarını açıqladı.
Marja xəbər verir ki, gözlənildiyi kimi, FED faiz dərəcələrini 0,25 faiz bəndi artıraraq 4,50% - 4,75% aralığına çatdırıb.
İnflyasiyanın aşağı düşməsilə FED-in faiz artırması tempini dekabrdakı 0,50 faiz bəndindən fevralda 0,25 faiz bəndinə endirməsi ehtimalı güclənmişdi.
FED-in yaydığı məlumatında əvvəlki mətndən fərqli olaraq inflyasiyanın qismən azaldığı, lakin yenə də yüksək olaraq qaldığı bildirilib. Rəsmilər faizin artırılmasının davam etdirilməsinin məqsədəuyğun olacağına dair fikirlərini bir daha təkrarlayıblar.
Məlumatda bildirilib ki, son göstəricilər xərcləmələrdə və istehsalda mülayim artıma işarə edir.
İnflyasiyanın mülayim yavaşlaması və iqtisadi aktivliyin nəzərəçarpacaq dərəcədə "soyuması" səbəbindən faizlərin artırılması sürətinin aşağı düşəcəyi gözlənilirdi. Fed rəsmiləri də son açıqlamalarında sərtləşdirmənin yavaşlaması lazım olduğu mesajlarını vermişdilər.
Qeyd edək ki, ötən il FED faizlərini dörd dəfə 0,75 faiz bəndi artırdıqdan sonra dekabrda 0,50 faiz bəndi artırmışdı.
Bazarlarda FED-in faiz artırmağı hansı səviyyədə dayandıracağına fokuslanıb. Bakı vaxtı ilə saat 23:30-da başlayacaq mətbuat konfransında FED sədri Jerome Powellin verəcəyi açıqlamalar bu baxımdan böyük əhəmiyyət kəsb edir.
FED-in Mart ayı iclasında da faizlərini 0,25 faiz bəndi artıracağı, sonra pauza verəcəyi proqnozlaşdırılır. FED-in 2023-cü ilin ikinci yarısından sonra faiz endiriminə başlayacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























