İngiltərə və Avropa mərkəzi banklarının faiz qərarları məzənnələrə ciddi təsir edə bilər - GÜNƏ BAXIŞ
Bu ilin ilk iclasında ABŞ Federal Ehtiyyatlar Sistemi gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,50-4,75% aralığına çatdırdı. Bu isə son 16 ilin ən yüksək səviyyəsidir.
FED-dən verilən açıqlamada inflyasiyanın cüzi azaldığı, lakin yenə də yüksək olaraq qaldığı vurğulanmış və uzunmüddətli perspektivdə 2%-lik hədəfə çatmaq üçün faiz artımlarının "davamlı" olmasının məqsədəuyğun olacağı, lakin faiz artımlarının sürətinin azaldılacağı bir daha vurğulanmışdır.
Toplantı sonrası dolların kəskin ucuzlaşması fonunda EUR/USD məzənnəsi 1.1020, GBP/USD məznnəsi isə 1.2400 hədlərinə kimi bahalaşdı.
Dollar indeksi 2022-ci ilin sentyabr ayından etibarən formalaşan enişə istiqamətlənmiş kanalın aşağı xəttinə - 100 bənd hədlərinə kimi gerilədi. “Buğa”lar bu dəstək həddini qoruya bilsələr, 103.50 bənd həddindəki psixoloji müqavimət həddi yenidən test edilə bilər.
Lakin bu gün Bakı vaxtı ilə saat 16:00 və 17:15-də müvafiq olaraq, İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarları EUR/USD və GBP/USD məəzənnələrində, dolayısı ilə DXY-da tendensiyanın gedişatına ciddi təsir edə bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1952$ səviyyəsinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1964$ və 1975$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























