Türkiyədə qəhvəyi yumurtanın qiyməti cib yandırır
Qida dəyəri, ləzzət və bişmə xarakteristikaları baxımından ağından heç bir fərqinin olmamasına baxmayaraq, istehlakçıların böyük tələbi səbəbilə qəhvəyi yumurtanın qiyməti Türkiyə bazarlarında 1,5 lirəyə çatıb.
Türkiyədə yumurta istehsalçıları bazara ağ yumurtanı 27,5, qəhvəyi rəngdə olan yumurtanı isə 30,5 kuruşdan verirlər.
Həmin yumurtalardan ağ marketlərdə 75 kuruşa satılarkən, qəhvəyi rəngdəki yumurta 1,5 lirəyə qədər çıxır.
İstehlakçıların intensiv tələbi ilə əlaqədar olaraq qəhvəyi yumurtalar cib yandırır.
Yumurta İstehsalçıları Birliyinin sədri Faruk Kula, ağ ilə qəhvəyi yumurta arasındakı fərqin tamamilə irqlərdən qaynaqlandığını, eyni yerdə, eyni yemlə qidalanan iki irqin birinin ağ, digərinin qəhvəyi yumurtladığını bildirib.
Faruk Kula, "Qəhvəyi yumurta, kənd yumurtası olaraq satışa təqdim olunur. Bu, heç bir zaman kənd yumurtası deyil, irqdən qaynaqlanan bir yumurtadır. O yumurtaları da biz veririk bazara. Bizdən alıb bundan haqsız qazanc əldə edənlər var",- deyə bildirib.
Ağ yumurta ilə qəhvəyi yumurta arasında qida dəyəri olaraq heç bir fərq olmadığını vurğulayan Kula, belə davam edib:
"Dad və qidalanma dəyəri baxımından qəhvəyi və ağ yumurta arasında heç bir fərq yoxdur. Nə qəhvəyi yumurta daha yaxşıdır, nə də ağ yumurta. İkisi də bərabərdir. Qəhvəyi yumurta daha sağlam olduğu üçün bahalı deyil. Ağ yumurtaya nisbətən daha baha satılmasının səbəbi, istehlakçı seçimidir" .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)


