AQTA "3-ü 10-11 manata" olan toyuqları araşdırdı
İkinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satılıbAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirlər çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb.
Marja.az Agentliyə istinadən xəbər verir ki, monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən "Soliqorsk Quşçuluq Fabriki" ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə "Orion Qlobal" MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.
Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb.
Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib. Bu çərçivədə ümumilikdə 1218.9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.
Bununla yanaşı, “AFM Construction” MMC tərəfindən üzərində “Belarus kənd toyuğu” yazısı qeyd olunan 9000 kq məhsul partiyasının “MIN300” MMC-yə satıldığı müəyyənləşib. Həmin MMC-də aparılan plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib. Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC –nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.
AQTA məlumat üçün bildirir ki, laborator sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.
Qeyd edək ki, AQTA qanunvericiliyə, o cümlədən öz əsasnaməsinə uyğun olaraq, ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, istehlakçıların aldadılmasının qarşısının alınması istiqamətində ölkəyə idxal olunan, habelə satışda olan ət və ət məhsullarının dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Belə ki, keçirilən monitorinqlər zamanı avtomobillərin yük yerində, bazarlarda, ticarət şəbəkələrində mənşəyi məlum olmayan, müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə müşayiət edilməyən, temperatur rejiminə, soyuq zəncir prinsipinə əməl olunmadan, etiketlənməsi qida sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən toyuq və toyuq məhsullarının satışının həyata keçirildiyi müəyyən edilir ki, belə olan hallarda həmin məhsulların satışının qadağan olunması və dövriyyədən yığışdırılması barədə icrası məcburi qərarlar qəbul edilir.
AQTA tərəfindən bundan sonra da avtomobillərin yük yerində, ticarət şəbəkələrində “kənd toyuğu” adı altında məhsulların satışı hallarına qarşı ciddi mübarizə tədbirləri görüləcəkdir. Odur ki, sahibkarları belə məhsulları satmaqdan çəkinməyə, istehlakçıları isə almamağa çağırırıq. Əlavə olaraq, vətəndaşlarımız qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng edərək müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























