Gəncədə sənaye istehsalının 45%-i metallurgiyanın payına düşüb
2022-ci il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 643,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 139,7 milyon manatı, yaxud 21,7 faizi dövlət sektorunun sənaye müəssisələri, 503,5 milyon manatı, yaxud 78,3 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən is tehsal edilmişdir.
Sənayedə muzdla çalışan 6706 nəfər işçinin (dövlət sektorunda 3879 nəfər, qeyri-dövlət sektorunda 2827 nəfər) hər birinə verilən orta aylıq əmək haqqı 608,9 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 578,9 manat, qeyri-dövlət sektorunda 650,1 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 502,3 milyon manati, yaxud 78,1 faizi qeyri-dövlət sektoruna aid olmaqla 581,0 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 147,6 milyon manat qida məhsulları istehsalı, 11,2 milyon manat içki, 287,8 milyon manat metallurgiya sənayesi məhsulları, 78,5 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 55,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 103,9 min ton un, 165,5 ton makaron, 119,6 min dekalitr araq, 130,0 min dekalitr şərab, 588 ədəd traktor, 395 ədəd MAZ yük avtomobili, 28430,9 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 227 ədəd sair qoşqular və 8661 ədəd elektron, 179002 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2022-ci il yanvar-dekabr ayları ərzində 40,2 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 21,4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























