"İstismara qəbul olunmamış 67 bina var" - Dövlət Agentliyi
"Qüsurları aradan qaldırmağa heç kim yoxdur"“Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb”.
Bunu müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Elxan Əsədov deyib ki, vaxtilə belə binalar həm Bakı şəhərində, həm də respublikanın digər ərazilərində çox idi:
“Hətta sovet dövrünün son illərində tikintisi tam başa çatmamış və ya başa çatsa da, lakin istismara qəbul edilməmiş binalar tikilib. Həmçinin müstəqilliyimizin ilk illərində iqtisadi vəziyyətimizin yaxşı olmadığı və qanunvericilik bazamızın təkmil olmadığı dövrdə də çoxsaylı tikintilər aparılıb. Həmin binalar demək olar nəzarətsiz şəkildə inşa edilmişdi və istismara qəbul edilmədən məskunlaşma aparılmışdı. Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu işlərin qarşısı müəyyən qədər alınmağa başlandı. 2019-cu ildə istismara qəbul olunmamış, lakin məskunlaşdırmalar aparılmış binaların sadələşdirilmiş istismara qəbulu haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Ondan əvvəl də araşdırmalar aparılmışdı. Bir daha dəqiqləşdirəndə biz gördük ki, 500-ə yaxın belə bina və kompleks var. Bəzilərinin heç icazə sənədləri də yox idi. Onların əksəriyyətinin qüsurları aradan qaldırılmaqla istismara qəbulu təmin olundu. Bu zaman çox böyük işlər aparıldı. Elə komplekslər var idi ki, onlar 7-8, hətta 10 binadan ibarət idi. Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb. Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə, məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurları aradan qaldırmadan istismara qəbulu haqqında qərar verilə bilməz. Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq”.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini bu binalardakı əsas qüsurları da açıqlayıb: "Əsas qüsurlar yanğın zamanı tüstülənmənin qarşısı alınan pilləkən qəfəslərindən istifadə olunmamasıdır. Yaxud, liftin biri qoyulub, ikisi qoyulmayıb və s. Bunların aradan qaldırılması prinsipcə mümkündür. Lakin aradan qaldırılması mümkün olmayan problemlər olanda, həmin binanın sökülməsi məsələsi ortaya çıxır".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























