Azərbaycanda logistika subsidiyası tətbiq ediləcək
Azərbaycanın işğaldan azad edilən ərazilərində fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək.
Bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu subsidiyalar Azərbaycanın digər bölgələrinə təqdim olunandan daha çox və daha uzunmüddətli olacaq:
"Hazırda AZPROMO tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinə əlavələr və düzəlişlər olunur. Burda əsas məsələ odur ki, biz logistika üçün subsidiya nəzərdə tutmuşuq. Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq bir mexanizmdir və bu, ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq".
Y. Abdullayev bildirib ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.
Onun sözlərinə görə, bu layihəni mart ayında Nazirlər Kabinetinə təqdim olunacağı planlaşdırılır.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























