“Veysəloğlu” “Agro Business Forum Azerbaijan-2023” tədbirini dəstəkləyib
(®️)Veysəloğlu Şirkətlər Qrupu “Agro Business Forum Azerbaijan–2023” tədbirini dəstəkləyib. 2 gün davam edən tədbirin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların satış imkanlarının artırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, Azərbaycan və digər ölkələrdəki kiçik və orta biznes subyekləri arasında əməkdaşlığın genişləndirilməsi və məhsuldarlığın artırılması üçün şəbəkələşmənin qurulması olub.
Tədbir sərgi, forum, B2B, B2C və B2G görüşlərdən ibarət olub. Veysəloğlu Şirkətlər Qrupuna məxsus sərgi stendi tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Forumda Şirkətlər Qrupunda meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan “Meyvəçilik sahəsində hazırkı vəziyyət və gələcək perspektivlər” panelində iştirakçısı olaraq çıxış edib.
Veysəloğlu Şirkətlər Qrupu artıq 2 ildir ki, meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirir. Beləliklə, 120 fermer məhsulunu daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə edib. Hazırda Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında müştərilərin ağız dadına uyğun yerli məhsullar mümkün münasib qiymətə təqdim edilir. Veysəloğlu Şirkətlər Qrupu eyni zamanda məhsul əkininin effektiv planlaşdırılması, məhsulların düzgün qablaşdırılması və doğru şəraitdə daşınması ilə fermerlərə dəstək olur.
“Agro Business Forum Azerbaijan–2023” tədbiri Türkiyə Cumhuriyyəti Tarım və Orman Nazirliyinin tərəfdaşlığı, “AGRO TV Azərbaycan” və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilib. Veysəloğlu Şirkətlər Qrupu da bu tədbirin əsas dəstəkçilərindən biri olub.
Tədbirdə Azərbaycan, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrinin nümayəndələri və 100-dən çox Türkiyəli iş adamı iştirak edib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)






.jpg)





