Ötən il BOKT "Embafinans" kəskin böyüyüb, ili xalis mənfəət ilə başa vurub
Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC 2022-ci ili 3 milyon 170 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Embafinans"ın faiz gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 718 min manat və ya 7,5% artaraq 10 milyon 344 min manat təşkil edib. 2021-ci ildə təşkilatın cəmi faiz gəlirləri 9 milyon 626 min manat təşkil etmişdi.
"Embafinans"ın haqq və komissiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 74 min 321 manat və ya 41,8% artaraq 251 min 870 manata yüksəlib.
GƏLİRLƏRİ 10 MİLYON MANATI AŞIB
2022-ci ildə "Embafinans"ın cəmi əməliyyat gəlirləri 10 milyon 596 min 424 manat, cəmi əməliyyat xərcləri 6 milyon 502 min 666, əməliyyat mənfəəti 4 milyon 93 min 759 manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "Embafinans"ın cəmi əməliyyat gəlirləri 9 milyon 804 min 136 manat, cəmi əməliyyat xərcləri 5 milyon 584 min 454 manat, əməliyyat mənfəəti 4 milyon 219 min 682 manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR KƏSKİN ARTIB
"Embafinans"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 11 milyon 888 min manat və ya 45,7% artaraq 37 milyon 890 min manata çatıb. Təşkilat 2021-ci ilin sonunda 26 milyon 2 min manat cəmi kredit portfelinə malik idi.
AKTİVLƏRİ 11 MİLYON MANATA YAXIN ARTIB
Ötən il "Embafinans"ın cəmi aktivləri 10 milyon 995 min manat və ya 34% artaraq 43 milyon 415 min manata yüksəlib.
31 Dekabr 2022-ci il tarixində "Embafinans" QSC 16 milyon 269 min manat cəmi kapitala malik olub.
BOKT "Embafinans" QSC sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşdirmə zamanı ilə istehlak və biznes kreditləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















