Bakıda Badamdarda villalar şəhərciyinin inşa ediləcəyi bildirilir
Bakıda Badamdar qəsəbəsində 3-cü massiv adlanan ərazidə (Veloparkın üstü) “High Park Residence” adlı villalar şəhərciyinin tikintisinə başlanacağı bildirilir.
Marja xəbər verir ki, layihənin reklamlarında “High Park Residence” layihəsinin Azərbaycanda ilk modernizm üslubunda inşa edilən şəhərcik" olacağı iddia edilir.
Bakının mərkəzindən 7 dəqiqəlik məsafədə tikiləcək şəhərcikdə müasir və premium "şəxsi villa"lar təklif olunur. Verilən məlumatlara görə, bu villaların sahəsi 300 - 500 kvadrat metr civarındadır. Hər bir villa 2-6 sot şəxsi həyətyanı sahəyə malikdir. Həyətyanı sahədə şəxsi avto-dayanacaq və şəxsi hovuz da olacaqdır. Layihədə yeraltı yanğından mühafizə və içməli su anbarı, idman və uşaq meydançası, generator binası və s. nəzərdə tutulur. Villaların bəzilərinin dəniz mənzərəli olacağı da qeyd edilir.
"Məxfilik, komfort və eleqantlığı qiymətləndirənlər üçün müasir premium şəhərcikdə “ŞƏXSİ VİLLA” ən yaxşı seçimdir", - layihənin sosial media səhifəsində bildirilir. Reklamlarda qeyd edilir ki, “High Park Residence” layihəsində villa almaq "2024-cü ilə investiya etməkdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























