Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya yenidən sürətlənərək yanvardakı 13,6 faizdən 14,1 faizə yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz tartıb. 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz yüksəlib.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz artmışdı. Beləliklə, illik inflyasiyanın sürəti 0,5 faiz bəndi artıb.
2023-cü ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,8 faiz, əvvəlki ilin fevral ayına nisbətən 17,1 faiz qalxıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin, sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının, naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin, xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 12,2 faiz yüksəlib. Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, tozsoranların, soyuducuların, elektrik çaydanlarının, sintetik yuyuсu vasitələrin, sabunların, diş pastalarının, dezodorantların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, televizorların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,4 faiz yüksəlib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma metro nəqliyyatında, şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərində, mənzillərin icarə haqlarında, paltarların və məişət cihazlarının təmiri xidmətlərinin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
6 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
6 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
7 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
