7,3 milyard manatı "yedik-içdik"
2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,0 faiz və 2,5 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 16 182,9 | 101,8 |
o cümlədən: ərzaq məhsulları | 7 284,0 | 101,1 |
içkilər və tütün məmulatları | 816,1 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 923,7 | 103,0 |
elektrik malları və mebellər | 948,0 | 102,1 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 118,0 | 101,9 |
əczaçılıq və tibbi mallar | 219,2 | 101,7 |
avtomobil yanacağı | 781,7 | 99,7 |
digər qeyri-ərzaq məhsulları | 3 092,2 | 103,2 |
Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,0 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 4,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 11,4 faizi ticarət müəssisələri, 54,0 faizi fərdi sahibkarlar tərəfindən, 34,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,2 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz, bazar və yarmarkalar üzrə 0,2 faiz artmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 26 d. əvvəl
-
28 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
36 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı














.jpg)






