"ABŞ sonsuz dollar çap etmək imkanını itirməkdədir"
ABŞ, tələbin azalması səbəbindən qeyri-müəyyən müddətə əlavə dollar çap edə bilməyəcək.
ABŞ-ın iqtisadi hökmranlığından istifadə edərək rəqiblərinə sanksiyalar tətbiq etməsi, Rusiya aktivlərinin dondurulmasından sonra yaranan risklər səbəbindən getdikcə daha çox dövlət dollardan istifadəni azaltmağa başlayıb. Beynəlxalq analitiklər bildirirlər ki, Amerika valyutasına tələbat azalır, ona görə də ABŞ öz valyutasını nəzarətsiz çap etmək imkanını itirir.
Marja-nın məlumatına görə, qeyd edilir ki, ABŞ hakimiyyəti inflyasiya ilə mübarizə aparmaq üçün faizləri artırır. Bu, bankların portfelində böyük çəkiyə malik olan dövlət istiqrazlarının qiymətinin geniş miqyasda ucuzlaşmasına gətirib çıxarır. Nəticədə, banklar səhmlərinin qiymətinin düşməsi ilə daha da ağırlaşan itkilərə məruz qalırlar.
Belə bir vəziyyət əmanətçilərin kütləvi şəkildə öz hesablarından pul çıxarmaları üçün ilkin şərtlər yaradır. Bütün bunlar ABŞ hakimiyyətini çox çətin vəziyyətdə qoyur. Onlar seçim qarşısında qala bilər - ölkənin maliyyə sistemini xilas etmək və dolları qurban vermək. Və ya əksinə - Dolları xilas etmək və ölkənin maliyyə sistemini qurban vermək.
Əgər zərurət yaranarsa, maliyyə sisteminin xilası üçün faizlərin artırılması dövrünə son qoyulmalı, hətta faiz dərəcələri aşağı salınmalıdır. Belə olan halda inflyasiya tamamilə nəzarətdən çıxa bilər ki, bu da dollara və onun dünyanın ehtiyat valyutası statusuna çox güclü zərbə vuracaq (Dollar ucuzlaşacaq). Buna görə də, dolları böyük miqdarda çap etməyə davam etdirmək artıq mümkün olmayacaq, həm də ona belə bir tələb olmayacaq.
Analitiklər qeyd edir ki, FED faiz dərəcələrini artırmağa davam edərsə və ümumilikdə inflyasiya ilə mübarizə kursunu davam etdirərsə, bu siyasət dolları dəstəkləyəcək (bahalaşa bilər), lakin ABŞ maliyyə sistemi üçün belə siyasətin nəticələri fəlakətli ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
1 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
3 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
3 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
3 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
4 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
