Şəkər tozunun qiymətləri son 6 ilin ən yüksək səviyyəsinə çatıb
Beynəlxalq bazarlarda şəkər tozunun və xam şəkərin qiymətləri, Misirin ixrac məhdudiyyətlərinin qlobal tədarükləri azaldacğı ilə bağlı narahatlıqlar səbəbindən altı ildən çox müddətdə ən yüksək səviyyəyə qalxdıb.Misirdə qəbul olunan qərar ilə hər cür şəkər tozunun ixracı üç ay müddətində məhdudlaşdırılıb.
Marja xəbər verir ki, Misir şəkər ticarətində nisbətən kiçik ixracatçı olsa da, məhdudlaşdırma qərarının təxminən 250 min ton şəkər ticarətinə təsir edəcəyi gözlənilir.
Qərarın qəbulundan sonra şəkər tozunun fyuçersləri Londonda 2,2 faiz bahalaşıb, xam şəkər də dəyər qazanıb. Beləliklə, şəkər fyuçersləri altı ildən çox müddətdə ən yüksək səviyyəyə qalxıb.
"Covrig Analytics"in Baş Analitiki Claudiu Covrig, Misirin qərarının şəkər istehlakının artdığı Ramazan ayına təsadüf etdiyini və məhdudiyyətlərin yerli qiymətləri aşağı salmağa kömək edəcəyini gözlədiklərini bildirib.
Misirin daxili ticarət və tədarük naziri Əli Əl-Moselhi Misirin hazırkı şəkər ehtiyatlarının üç ay davam edəcək səviyyədə olduğunu bildirərək, yerli çuğundur şəkəri istehsalının boşalan ehtiyatların doldurulmasına kömək edəcəyini bildirib.
Beynəlxalq Şəkər Təşkilatının fevral ayı proqnozlarına görə, Misirin oktyabr ayında başlayan 2022-23 mövsümündə 200 min ton rafinə edilmiş şəkər ixrac edəcəyi nəzərdə tutulurdu.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























