Dövlət Vergi Xidməti tələbələri öyrədəcək - “Yay Təcrübə Proqramı”na qəbul başladı
Onlara 7 gün müddətində peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha sonra tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mart ayının 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir.
Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən etibarən Dövlət Vergi Xidmətinə müraciət etməklə proqramın seçim turlarına qoşula bilərlər.
“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin özünütəqdimat video çıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.
Hər üç mərhələdən uğurla keçən namizədlər 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində onlara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər. “Yay Təcrübə Proqramı” 7 iyul 2023-cü il tarixdən 8 sentyabr 2023-cü il tarixədək davam edəcək.
Proqramda iştirak üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə maetın 27-dən aprelin 30-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2023” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Proqramda iştirak etmək üçün namizədlərə olan tələblər:
-Azərbaycan Respublikasının vətəndaşı olmalı;
-yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
-cari tədris ilinin payız semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.
“Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini praktikada tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanacaqlar. Ötən il “Yay Təcrübə Proqramı”nda yüksək nəticələr əldə etmiş tələbələrdən 3-ü işə qəbul üzrə müsabiqədən uğurla keçərək DVX-nın ehtiyat kadrlar bazasına daxil edilib.
Ətraflı məlumat üçün linkə keçid:
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
8 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
10 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
10 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
10 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
