Azərbaycanın təkrarsığorta şirkətinin xalis mənfəəti 10 dəfəyə yaxın artıb - 22,7 MİLYON MANAT QAZANC
Şirkətin investisiya gəlirləri 3 dəfədən çox artıb."AzRe Təkrarsığorta" ASC 2022-ci ili 22 milyon 663 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 402 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "AzRe Təkrarsığorta"nın xalis mənfəəti 9,4 dəfə artıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "AzRe Təkrarsığorta"nın cəmi əməliyyat gəlirləri 48 milyon 502 min manat, cəmi əməliyyat xərcləri 22 milyon 737 min manat, əməliyyat mənfəəti 25 milyon 765 min manat təşkil edib. 2021-ci ildə Şirkətin əməliyyat gəlirləri 62 milyon 933 min manat, əməliyyat xərcləri 59 milyon 416 min manat, əməliyyat mənfəəti 3 milyon 517 min manat təşkil etmişdi.
"AzRe Təkrarsığorta" topladığı təkrar sığorta haqları 2021-ci ildə 31 milyon 878 min manat ikən, 2022-ci ildə 34 milyon 901 min manat təşkil edib (9,5% artıb). Şirkətin investisiya gəlirləri 4 milyon 773 min manatdan 14 milyon 904 min manata yüksəlib (3,1 dəfə artıb).
2021-ci ildə "AzRe"nin cəmi əməliyyat gəlirlərinin daha yüksək olması sığorta ehtiyatından 25 milyon 495 min manatın sığorta ödənişlərinin həyata keçirilməsi üçün gəlirə əlavə edilməsi ilə bağlı olmuşdu. Ötən il Şirkət gəlirindən 2 milyon 294 min manat ehtiyata yönəldib.
"AzRe Təkrarsığorta"nın sığorta ödənişləri 2021-ci ildə 44 milyon 199 min manat ikən, 2022-ci ildə 8 milyon 868 min manata düşüb (5 dəfə azalıb).
“AzRe Təkrarsığorta” ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkət, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir.
6 fiziki şəxsə aid olan “AzRe Təkrarsığorta” ASC “Qala Sığorta” ASC-nin (90%), “Qala Həyat” Sığorta Şirkəti ASC-nin (100%) və “Azər Türk Bank” ASC-nin (6,55%) səhmdarıdır.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 27 d. əvvəl
-
43 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 10 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















