Gürcüstanın Azərbaycandan dizel idxalını dayandırmasının səbəbləri açıqlanıb
“SOCAR Georgia Petroleum” şirkətinin Baş icraçı direktoru Nodar Kançaveli Gürcüstanın Azərbaycandan yanacaq idxalını minimuma endirməsinin səbəbini açıqlayıb.
Nodar Kançaveli “BusinessPressNews”a açıqlamasında bildirib ki, bu, Bakıda Neft Emalı Zavodunda ötən ilin martında başladılan modernzasiya işləri ilə əlaqədardır.
Onun sözlərinə görə, Gürcüstan assosiasiya sazişinə uyğun olaraq yanvarın 1-dən Avro-5 dizel standartına keçdiyindən hazırda Azərbaycandan dizel yanacağı tədarükü dayandırılıb.
Nodar Kançaveli Gürcüstanın bu ilin mayından etibarən Azərbaycandan ən yüksək standartlı yanacaq qəbul edə biləciyini qeyd edib.
“Biz dəqiq tarixi qarşıdakı həftələrdə biləcəyik”, - deyə o, əlavə edib.
Baş icraçı direktor bu vaxtadək Avro-4 standartlı yanacaq ixrac edən Azərbaycanın Gürcüstanın dizel topdansatışı bazarındakı payının 40% təşkil etdiyini bildirib.
Qeyd edək ki, Gürcüstan 2020-ci ilin 1 yanvarından etibarən Avro 5 dizel standartına keçməli idi. Lakin biznesin və idxalçıların müraciəti əsasında hökumət qərara iki dəfə bir illik moratorium tətbiq edib.
Qanunun 1 yanvar 2023-cü il tarixində qüvvəyə minməsindən sonra Gürcüstanın Rusiyadan yanacaq asılılığı 70%-dək artıb.
Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən Gürcüstan 2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 27,450 milyon dollar dəyərində 36 879 ton neft məhsulları alıb. Bu ilin ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycandan yanacaq idxalı illik ifadədə 15 dəfə azalaraq cəmi 1,9 milyon dollar təşkil edib.
XXX
Gürcüstan bu ilin yanvarından Azərbaycandan benzin və dizel idxalını dayandırıb.
Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının hesabatında bildirilib. Qeyd olunub ki, cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın benzin və dizel yanacağı idxalı illik ifadədə 8,4 min ton və ya 4,6% azalaraq 174,1 min ton təşkil edib. Hesabat dövründə idxal edilən yanacağın 81,8 min tonunu benzin, 92,3 min tonunu isə dizel təşkil edib.
Yanvar-fevral ayları ərzində Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub. Hesabat dövründə Rusiyadan 148,5 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 85,3%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (26,4 min ton) və Belarus (0,7 min ton), Türkmənistan (0,2 min ton), Ukrayna (0,1 min ton), Bolqarıstan (0,1 min ton) olub.
Əvvəlki dövrlərdə Gürcüstanın əsas dizel tədarükçüsü olan Azərbaycandan cari ilin yanvar-fevral ayları ərzində yanacaq idxal edilməyib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
9 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
13 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
14 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
16 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
16 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq






















