McDonald's ABŞ ofislərini müvəqqəti bağlayır
Restoranlar şəbəkəsini idarə edən "McDonald's Corp", şirkətin yenidən qurulmasının bir hissəsi olaraq korporativ işçilərini ixtisar edəcək. Şirkət əməkdaşlarını işdən çıxarılmaları barədə məlumatlandırmağa hazırlaşdığı üçün bu həftə ABŞ ofislərini müvəqqəti olaraq bağlayır.
Marja xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.
Xəbərdə deyilir ki, keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərə göndərdiyi daxili e-poçtda McDonald's onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.
Nə qədər işçinin ixtisar ediləcəyi bəlli deyil.
Aprelin 3-ü həftəsində vəzifələr və kadr sayı ilə bağlı qərarlar açıqlanacaq.
McDonald's, Reuters-in sorğusuna cavab verməyib.
"Fast-food" şəbəkəsi yanvar ayında yenilənmiş biznes strategiyasının bir hissəsi kimi korporativ kadr səviyyələrini nəzərdən keçirəcəyini bildirmişdi ki, bu da bəzi sahələrdə ixtisarlara, digərlərində isə genişlənməyə səbəb ola bilər.
2022-ci ilin sonundan etibarən bir sıra Amerika texnologiya şirkətləri də kütləvi ixtisarlar dalğasına başlayıb. Xüsusilə, Microsoft korporasiyası, Coinbase kriptovalyutası birjası, Meta, Twitter, Amazon, Netflix və digər şirkətlər ixtisarlar elan ediblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 5 d. əvvəl
- 12 d. əvvəl
- 23 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 31 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























