Qərbin sanksiyaları Rusiyanın böyük istehsalçısının gəlirlərini artırıb
Anti-Rusiya sanksiyaları KAMAZ üçün əsl hədiyyə olub.Slovakiyanın "Hlavné správy" nəşri yazır ki, Rusiyanın ağır yük maşınları istehsalçısı KAMAZ, anti-Rusiya sanksiyaları səbəbindən bazar lideri olub və böyük gəlir əldə edib.
Marja.az xəbər verir ki, nəşrin məqaləsində bildirilir ki, məhdudlaşdırıcı tədbirlər ilə əlaqədar olaraq ağır yük maşınları istehsal edən xarici istehsalçıların Rusiya bazarından çıxmaları KAMAZ-a böyük hədiyyədir. Məqalə müəllifi yazır ki, şirkət faktiki olaraq rəqibsiz qalıb.
"Şirkət fürsətdən tam istifadə edib", - deyə müəllif qeyd edir və əlavə edir ki, Qərb siyasətçiləri öz qərarlarının gələcəkdə yaradacağı rüsvayçılığı başa düşmədilər.
2022-ci ilin sonunda yük maşını istehsalçısı KAMAZ 267 milyard rubl gəlir əldə edə bilib ki, bu da 2021-ci ildəkindən 7% faiz çoxdur. Praktiki olaraq rəqibsiz qalan şirkətin satışları 2,7 faiz azalsa da, yenə də 43,4 min avtomobil satmağı bacarıb. 2023-cü il üçün planlar 50.000-dən çox yük maşını satmaqdır.
"Ümumilikdə sanksiyalar bütün Rusiya iqtisadiyyatı üçün hədiyyəyə çevrilib. Rusiya özünə taliblər seçə bilən zəngin gəlinə bənzəyir. Qərbin sanksiyalarına qarşı çıxan bir çox dövlətlər var və Rusiya bundan özü üçün kifayət qədər mənfəət götürməyi bacarır", -məqalədə bildirilir.
"Eyni zamanda, Qərb ölkələri indi tənəzzüldədir və region Moskvaya və onun qərarlarına ciddi təsir göstərə bilməz", - deyə müəllif yekunlaşdırır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























