Rusiya istisna olmaqla, neft hasilatı 1,15 milyon barel azaldacaqlar
Rusiya istisna olmaqla, bir sıra OPEC+ ölkələrinin elan etdiyi neft hasilatının əlavə azaldılması həcmi gündəlik 1,15 milyon barel qiymətləndirilir.
Marja xəbər verir ki, 2023-cü ilin may ayından neft hasilatının könüllü olaraq əlavə azaldılmasına qərar verən ölkələr arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, Küveyt, Oman, Əlcəzair və Qazaxıstan var.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Krallıq neft bazarında sabitliyi qorumaq üçün qabaqlayıcı tədbir olaraq, gündəlik hasilatını 500 min barel azaldacaq. Qazaxıstan hasilatı sutkada 78 min barel azaltmaq qərarına gəlib. BƏƏ hasilatı sutkada 144 min barel, İraq 211 min barel, Küveyt 128 min barel, Əlcəzair 48 min barel, Oman 40 min barel azaldacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bazar günü bildirib ki, Rusiya neft hasilatının könüllü olaraq sutkada 500 min barel azaldılmasını 2023-cü ilin sonuna qədər uzatmağa qərar verib. Əvvəllər könüllü hasilatın azaldılması Rusiya tərəfindən yalnız mart ayı üçün elan edilmişdi, sonra iyunun sonuna qədər uzadılmışdı.
Rusiya daxil əsas neft ölkələri hasilatlarını 1 milyon 649 min barel azaldacaqlar.
Ölkə Gündəlik ixtisar (min barel)
Səudiyyə Ərəbistanı - 500
Rusiya - 500
İraq - 211
BƏƏ - 144
Küveyt - 128
Qazaxıstan - 78
Əlcəzair - 48
Oman - 40
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu


























