TikTok-un sahibi tarixdə ilk dəfə Tencent və Alibaba-nı geridə qoyub
TikTok hələ də ByteDance şirkəti üçün zərər verən layihə olaraq qalır. ByteDance şirkəti TikTok-un sahibidir.
Marja Financial Times-a (FT) istinadən xəbər verir ki, TikTok üzrə zərərə baxmayaraq, ByteDance şirkəti tarixdə ilk dəfə mənfəət üzrə Çinin Tencent və Alibaba şirkətlərini geridə qoyub.
ByteDance şirkətinin faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti (EBITDA) illik müqayisədə 79% artaraq təxminən 25 milyard dollar təşkil edib. Bu, ByteDance-ı, daha əvvəl müvafiq olaraq 23,9 milyard dollar və 22,5 dollar EBITDA açıqlamış Tencent və Alibaba-nı ötməyə imkan verib.
FT qeyd edir ki, hər iki şirkət uzun illər Çin texnologiya bazarında lider olublar lakin Çin höküməti tərəfindən İT sahəsinə nəzarətin gücləndirilməsi səbəbindən onların böyüməsi yavaçlayıb.
Qəzetin yazdığına görə, ByteDance-ın satışları illik 30%-dən çox artaraq 85 milyard dollara çatıb. "Bu, reklam verənlərin TikTok-a və onun Çin bazarı üçün analoqu olan Douyin-ə daha aktiv şəkildə pul xərcləməyə başlaması ilə əlaqədar olub", - FT izah edir. Nəşrin mənbələri bildirir ki, ByteDance-in beynəlxalq biznesinin satışları iki dəfədən çox artaraq 15 milyard dollara çatıb, şirkətin Çindəki gəlirləri təxminən 70 milyard dollar təşkil edib.
Bundan əvvəl, mart ayında Ağ Ev, ABŞ administrasiyasına milli təhlükəsizlik risklərinə görə ABŞ-da TikTok-u qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləmişdi. Bununla belə, FT-nin müsahibə verdiyi Byte Dance investorları mümkün qadağanı əhəmiyyətli təhlükə hesab etmirlər, hesab edirlər ki, ABŞ hakimiyyətinin təşəbbüsünü həyata keçirmək çətin olacaq və yəqin ki, “məhkəmələrdə ilişib qalacaq”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 7 d. əvvəl
-
17 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
23 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)















