Pambıqçılıq sahəsində subsidiya mexanizmi effekt verməyib - PALATA
Yeni subsidiyalaşdırma mexanizmində əvvəlki mexanizmdən fərqli olaraq subsidiyanın pambığın həm əkininə, həm də məhsul satışına görə müəyyənləşdirildiyi şəraitdə pambıqçılıq sahəsi üzrə ümumilikdə ödənilmiş subsidiyanın məbləğinin 2019-cu ilə nisbətən 2020-ci ildə 59,7% artaraq 47,1 mln. manatadək, 2021-ci ildə 82,0% artaraq 53,7 mln. manatadək yüksəlməsinə baxmayaraq, pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sentner/hektar olmaqla əvvəlki iki ilin müvafiq göstəriciləri ilə (2019-cu il üzrə 29,5 sentner/hektar, 2020-ci il üzrə 33,5 sentner/hektar) müqayisədə, müvafiq olaraq 3,4% və 14,9% azalıb.
Marja xəbər verir ki, bu, Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində bildirilir.
Qeyd edilib ki, eyni zamanda pambığın ölkə üzrə istehsal həcmi 2021-ci ildə 287,0 min ton olmaqla əvvəlki iki ilin müvafiq göstəricilərinə nisbətən (2019-cu il üzrə 295,3 min ton, 2020-ci il üzrə 336,8 min ton), müvafiq olaraq 2,8% və 14,8% azalıb.
"Bu da bu sahəyə yönələn resurslarla nəticəliliyin qeyri-adekvat inkişaf etdiyini göstərmişdir", – bülletendə bildirilir.
Qeyd edilib ki, bir tərəfdən məhsul subsidiyasının məbləğinin məhsulun fiziki çəkisinə uyğun ödənilərək vəsaitlərdən səmərəli istifadə olunmaması, digər tərəfdən məhsulun fiziki çəkisinin nəmlik və (və ya) zibillik adı altında yüksək faizlə azaldılmaqla kondisiya çəkisinə uyğun ödənilərək fermerlərin maraqlarının qorunmaması kimi çoxsaylı hallara yol verildiyi müəyyən olunmuşdur ki, bu da məhsul subsidiyası məbləğinin müvafiq bitkilərin kondisiya və ya fiziki çəkisi əsas götürülməklə müəyyənləşdirilməsi, eyni zamanda nəmlik və zibillik normativlərinin yuxarı hədlərlə məhdudlaşdırılması məsələlərinin tənzimlənməməsi ilə əlaqədar olmuşdur.
“Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin (bundan sonra – EKTİS) mövcud texniki parametrləri əkin sahələrini icarəyə verməklə kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olmayan torpaq mülkiyyətçilərinə də əkin subsidiyası üçün müraciət etməyə və əkin subsidiyasını almağa imkan verir ki, bu da inzibatçılıqda əlavə risklər yaratmaqla fermerlərin maarifləndirilməsi səviyyəsinin aşağı olması şəraitində müəyyən sui-istifadə hallarını şərtləndirir.
Toplanmış audit sübutları kənd təsərrüfatı istehsal vasitələrinin (mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) təchizatçılarının EKTİS-də qeydiyyata alınmasına dair icbari prosedurun formal xarakter daşıdığını, subsidiyalaşdırma prosesində səmərəliliyin və nəticəliliyin əldə olunmasına adekvat töhfə vermədiyini göstərməklə yanaşı, inzibatçılığın əsasən istehsal təyinatlı torpaq mülkiyyətçilərinin və (və ya) istifadəçilərinin (fermerlərin) məhsuldarlığa hədəflənmiş intizamlı davranışları üzərindən təşkil edilməli olduğunun zəruriliyini bir daha təsdiq etmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 17 saat sonra
-
28 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
36 d. əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 38 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Ən çox oxunanlar
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
"İpoteka istiqrazlarının 80%-i Mərkəzi Bankın əlindədir"
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı





















.jpg)

