90-dan çox IT məhsulu olan məşhur şirkətin qlobal tədbiri Azərbaycanda keçirilib - FOTOLAR
“ITCON” ilk dəfə Azərbaycanda(®) Dünyanın 180 ölkəsində 280000-dən çox şirkətin istifadə etdiyi, 90-dan çox IT məhsulu ilə müştərilərin rəğbətini qazanmış ManageEngine şirkətinin qlobal tədbirlərindən biri Azərbaycanda keçirilib. Bu tədbir indiyədək dünyanın ABŞ, London, İtaliya, İspaniya, Sinqapur, Canada və.s kimi ölkələrində hər il ITCON adı altında təşkil edilib.
11 aprel tarixində, Hilton otelində Rabalon şirkətinin, ManageEngine ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə “ITCON Azerbaijan 2023” adlı tədbiri baş tutub. Tədbirdə dövlət qurumları, banklar və özəl şirkətlərdən dəvət olunmuş 150 nəfərdən çox qonaq iştirak edib.
ManageEngine şirkətinin Service Desk, End Point Central, OP Manager kimi məhsulları informasiya texnologiyaları sahəsində biznes proseslərinin avtomatlaşdırılmasında və kibertəhlükəsizliyin qorunmasında şirkətlərin faydalı iş əmsalını artırır.
Qeyd edək ki, tədbirin təşkilatçısı Rabalon şirkəti, ManageEnginin Azərbaycanda rəsmi tərəfdaşıdır. ManageEngine şirkəti müştəri məmnuniyyəti və satış üzrə Gartner-də dünya birincisidir.
Tədbirdə özəl şirkətlərlə yanaşı, Azərbaycan Respublikası Rəqəmsal İnkisaf və Nəqliyyat, İqtisadiyyat, Fövqaladə Hallar, Maliyyə, Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Mərkəzi, Mərkəzi Bank, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyasının (AKTA), KOBİA, Azərbaycan Turizm Agentliyi,TƏBİB, Azintelecom, ADY və başqa dövlət qurumlarından IT və kibertəhlükəsizlik mütəxəssisləri iştirak etdiblər.
Onu qeyd edək ki, ölkəmizdə ManageEngine şirkətinin məhsulları hazırda bir çox qurumlar tərəfindən istifadə olunur, kibertəhlükəsizlik və biznez proseslərinin avtomatlaşdırılmasında şirkətlərin məhsuldarlığın artırılmasına kömək edir.
Rabalon şirkətinin ManageEngine kimi dünya miqyasında xüsusi yeri olan şirkətlə ölkəmizdə mötəbər bir tədbirə ev sahibliyi etməsi İnformasiya texnologiyaları sahəsinə ölkə rəhbərliyinin göstərdiyi xüsusi diqqət və qayğıdan xəbər verir.
Rabalon şirkəti IT sahəsində fəaliyyət göstərən inteqrator şirkətdir. 15 illik təcrübəyə malik olan Rabalon, dünyanın bir çox vendorları ilə əməkdaşlıq edir. Hazırda Amerika ofisi də daxil olmaqla Rabalon, şirkətlərə çoxölçülü IT konsaltinq xidmətləri, peşəkar və innovativ həllər təqdim edir.
Əlaqədar şəxs: Xumar Ağayeva
Telefon: 051 252 20 15
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















