“AzInTelecom” Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirir
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin rəsmi nümayəndəsi Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün texnologiyalar: Dördüncü Sənaye İnqilabı texnologiyaları və bulud həlləri” tədbirində iştirak edərək şirkətin təqdim etdiyi məhsul və xidmətlər barədə ətraflı məlumat verib.
“AzInTelecom” MMC-nin İdarə heyəti sədrinin müşaviri Sadiq Yolçuyev çıxış edərək şirkətin Azərbaycanın və region ölkələrinin dövlət qurumları ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlıq prosesləri haqqında danışıb. Bildirib ki, “AzInTelecom” MMC dövlət qurumları və özəl müəssisələr üçün elektron və rəqəmsal imza, informasiya təhlükəsizliyi xidmətləri, ödəniş sistemi, sertifikatlaşdırma, beynəlxalq səs trafiki, IMEI qeydiyyat və bulud əsaslı müxtəlif xidmətlər təqdim edir: “Dizaynı və inşası TIER3 – beynəlxalq dayanıqlılıq standartlarına cavab verən Data mərkəzlərimizdə dövlət və özəl təşkilatlara bulud və informasiya texnologiyaları xidmətləri təqdim edirik. 2022-ci ildə isə eyni standartlara cavab verən və eyni sertifikatlara malik olan Yevlax Data Mərkəzi inşa edilərək istifadəyə verilib.
“AzInTelecom” MMC dövlətə məxsus Data mərkəzləri üzərindən tətbiq edilən bulud texnologiyaları əsasında dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyasını həyata keçirir. Cənab Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə bu günədək rəqəmsallaşma prosesini tamamlayan və miqrasiyaya hazır olan 93 dövlət qurumunun informasiya sistemlərinin tam və ya qismən miqrasiyası yekunlaşdırılıb.
Hazırda “AzInTelecom” MMC “Hökumət buludu”nun təhlükəsizliyinin gücləndirilməsi üçün şəbəkə sisteminin təkmilləşdirilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə işlər həyata keçirmək istiqamətində danışıqlar aparır”.
Sadiq Yolçuyev qeyd edib ki, təxminən bir il əvvəl “AzInTelecom” MMC tərəfindən bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza – SİMA yaradılaraq vətəndaşların istifadəsinə verilib: “Artıq SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib. Yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imzanın istifadəyə verilməsi nəzərdə tutulur. “AzInTelecom” MMC həyata keçirdiyi innovativ layihələr, təqdim etdiyi məhsul və xidmətlər çərçivəsində Azərbaycanın və regionun dördüncü sənaye texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyasını sürətləndirməkdə davam edir”.
S.Yolçuyev vurğulayıb ki, “AzInTelecom” MMC bulud xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsini daim öyrənir və bu istiqamətdə həyata keçirilən işlərdən biri olaraq 2022-ci ilin avqust ayında “Bulutistan” şirkəti ilə memorandum imzalanıb. Memoranduma əsasən, bulud həllərinin Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
2 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
2 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır























