"Best Beef"dən haram əməl - Üzərində yazmayıb, tərkibinə donuz əti qatıb
İş adamı, fiziki şəxs Vüqar Tahirov haram əməllər ilə məşğul olmaqda ittiham olunur.
Marja.az xəbər verir ki, Vüqar Tahirovun istehsal etdiyi "Best Beef" markalı bişmiş hisə verilmiş "Servalat" kolbasasında və əla növ "Ocaq" sosiskasında, "üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar edib.
Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 70-i kolbasa, 39-u sosiska olmaqla, ümumilikdə 109 adda məhsuldan nümunə götürülərək müayinə üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Monitorinq zamanı sınaq nəticələrinə əsasən, 11 istehsalçıya məxsus 21 məhsulda (13-ü kolbasa, 8-i sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 5 məhsulda (4-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 16-da isə (9-u kolbasa, 7-si sosiska) etiket məlumatları ilə bağlıdır.
AQTA istehlakçılara bir daha müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda, dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər.

Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















