Rusiyada Henkel brendləri ruslaşdırılır
"Henkel Russia" kimi tanınan “Lab Industries” şirkəti aktiv satışı ilə bağlı sövdələşmənin hələ tamamlanmamasına baxmayaraq, portfelindəki brendləri ruslaşdırmağa başlayıb.
Marja xəbər verir ki, məhsullar eyni dizayndadır, lakin adlar rus dilində adlarla əvəz olunur. Məsələn, Vernel yumuşatıcı "Вернель", Persil yuyucu tozu indi "Персил", Bref tualet maddələri isə "Бреф" olub. Məhsul reklamlarından birində belə yazılıb: "Hərfləri dəyişdik, əlavə heç nə dəyişməyib".
Bu ilin yanvar ayından etibarən "Henkel Rusiya" "Lab Industries" adı ilə müstəqil şirkət kimi fəaliyyət göstərir. Şirkətdən bildirilib ki, ölkədə aktivlərin satışı üzrə əməliyyat son mərhələdədi: "İmzalanmadan əvvəl biz heç bir əlavə məlumat verə bilmərik: nə sövdələşmə, nə məhsul portfeli və ya ayrı-ayrı brendlər üçün biznes planlar haqqında. Eyni zamanda, "Вернель"-in Lab Industries tərəfindən istehsal olunduğunu təsdiqləyə bilərik".
Bildirilib ki, "bəzi Henkel markalarının adları istehsalçının özü tərəfindən ruslaşdırılıb". Vurğulanıb ki, brend adlarının latın əlifbası ilə deyil, kiril əlifbası ilə yazılmasından başqa heç nə dəyişməyib və mallar adın yazılışının dəyişdirilməsindən əvvəl olduğu kimi həmin müəssisələrdə istehsal olunur və satışdan əvvəl də yoxlanılır.
Henkel şirkətlər qrupu məişət kimyası, kosmetika və tikinti məhsulları istehsal edən Avropanın ən böyük kimya konsernilərindən biridir. Şirkətin brendləri arasından Moment, Pemolux, Persil, Pemos, Losk, Laska, Vernel, Fa, Taft, Shamtu, Schwarzkopf, Syoss, Ceresit, Metylan və s. adlarını çəkmək olar. Ötən ilin yazında şirkət Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdır. Henkel, satış başa çatdıqdan sonra Rusiya biznesinin bütün fəaliyyətlərinə nəzarətdən imtina etmək niyyətindədir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
24 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























