Bezosun dəyəri 500 milyon dollardan çox olan yeni superyaxtasının sınaqlarına başlanıb
Amazon-nun qurucusu gəmini yay mövsümünün əvvəlinə qədər ala bilər. Hollandiyanın “Oceanco” gəmiqayırma zavodunun inşa etdiyi 127 metrlik üç dirəkli gəmi dünyanın ən böyük yelkənli yaxtasına çevrilib.Ceff Bezosun dəyəri 500 milyon dollardan çox olan yeni superyaxtasının İspaniya sahillərində dəniz sınaqlarına başlanıb. Amazon şirkətinin qurucusu gəmini yay mövsümünün əvvəlinə qədər ala bilər. Hollandiyanın “Oceanco” gəmiqayırma zavodunun inşa etdiyi 127 metrlik 3 dirəkli gəmi dünyanın ən böyük yelkənli yaxtasına çevrilib.
Amazon-un qurucusu Jeff Bezosun yeni super yaxtası keçən həftə Hollandiyadakı tərsanədən çıxıb və sınaqdan keçirildiyi 12 aprel Çərşənbə günü Mallorka (Mallorca) adası yaxınlığında İspaniya sahillərində lövbər salıb. Marja xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.
Mənbənin sözlərinə görə, yaxtanın bütün elementlərinin düzgün işləməsini təmin edəcək dəniz sınaqlarına başlanıb. Bezosa çatdırılmadan əvvəl gəmi hələ də son işlər üçün tərsanəyə qayıda bilər. Bloomberg qeyd edir ki, milyarder yay mövsümünün əvvəlinə qədər yaxtanı ala bilər.
Əvvəllər Y721 kimi tanınan gəmi indi Koru kimi qeydiyyatdan keçib. Koru, Maori sənətində yeni həyatı, mənəvi yüksəlişi və tərəqqini simvolizə edir. 127 metr hündürlüyü ilə Koru, Boat International-a görə dünyanın ən böyük yelkənli yaxtasıdır və Hollandiyanın Oceanco tərsanəsi tərəfindən indiyə qədər inşa edilmiş ən böyük gəmilərdən biridir.
Gəminin açıq dənizə çıxa bilməsi üçün Rotterdam rəhbərliyi tarixi De Hef körpüsünü qismən sökməyə hazır idi. Körpünün hündürlüyü onun altından üç dirəkli yaxtanın keçməsi üçün kifayət etmir. Oceanco daha sonra ictimai etirazlar fonunda bu ideyadan imtina etdi və gəmini dirəksiz dənizə çıxardı.
Bloomberg qeyd edir ki, Bezosun yeni yaxtasının miqyasının problem yaratması ilk dəfə deyil. Yelkənlərin böyüklüyünə görə gəminin göyərtəsində helikopter meydançası yerləşdirmək mümkün olmadığından, Amazon-un rəhbəri, helikopter meydançası ilə təchiz edilmiş, hər yerdə əsas gəmini izləyəcək köməkçi yaxta sifariş edib. Agentlik gəmi izləmə məlumatlarına istinadən bildirir ki, köməkçi yaxta hazırda Korunun dəniz sınaqlarına qoşulmaq üçün Atlantik okeanını keçir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
26 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı






















