İri bank 3 ayda 83,5 milyon manat mənfəət əldə edib
Aktivlərinin həcminə görə, Azərbaycanın üçüncü böyük bankı olan "Kapital Bank" ASC 2023-cü ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Kapital Bank" 2023-cü ilin 1-ci rübünü 83 milyon 519 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2022-ci ilin 1-ci rübünü 50 milyon 405 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə cüzi 33 milyon 114 min manat və ya 65,7% artıb.
GƏLİRLƏRİ ARTIB
2023-cü ilin 1-ci rübündə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 266 milyon 959 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 17,2% və ya 39 milyon 265 min manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 227 milyon 694 min manat təşkil etmişdi.
2023-cü ilin 1-ci rübündə "Kapital Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 154 milyon 813 min manat təşkil edib ki, bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 26,1% və ya 32 milyon 5 min manat çoxdur. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat xərcləri 122 milyon 808 min manat təşkil etmişdi.
Ötən ilin ilk rübündə "Kapital Bank"ın əməliyyat mənfəəti 103 milyon 17 min manat ikən, 2023-cü ilin 1-ci rübündə 112 milyon 146 min manata yüksəlib. Artım gəlirlərin xərclərdən daha çox artmasından qaynaqlanır.
"Kapital Bank"ın gəlirlərindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı vəsait ötən ilin ilk rübündəki 38 milyon 800 min manatdan, cari ilin ilk rübündə 8 milyon 786 min manata düşüb.
Həm gəlirlərin artması, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın azalması "Kapital Bank"ın xalis mənfəətinin artmasını təmin edib.
AKTİVLƏRİ 7,7 MİLYARD MANATDAN, KREDİT PORTFELİ 3,2 MİLYARD MANATDAN ÇOXDUR
31 Mart 2023-cü il tarixində "Kapital Bank" ASC 7 milyard 728 milyon 237 min manat cəmi aktivlərə, o cümlədən 3 milyard 225 milyon 7 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Ötən ilin eyni tarixində Bank 6 milyard 934 milyon 685 min manat cəmi aktivlərə və 2 milyard 903 milyon 539 min manat kredit portfelinə malik idi. Beləliklə, Bankın cəmi aktivləri 793 milyon 552 min manat, kredit portfeli 321 milyon 468 min manat artıb.
2022-ci ilin sonunda "Kapital Bank"ın cəmi aktivləri 7 milyard 822 milyon 172 min manat, o cümlədən kredit portfeli 3 milyard 157 milyon 769 min manat, depozit portfeli 6 milyard 98 milyon 626 min manat təşkil etmişdi.
"Kapital Bank"ın depozit portfeli 8% artaraq 31 Mart 2023-cü il tarixində 5 milyard 912 milyon 636 min manata çatıb.
31 Mart 2023-cü il tarixində "Kapital Bank" 882 milyon 559 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
8 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
8 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
9 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























