Gömrükdən rüşvətin qarşısını almaq üçün yeni layihə - BAKIDA XÜSUSİ MƏRKƏZ YARADILIB
Xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıbDövlət Gömrük Komitəsi vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır. Bu məqsədlə pilot variantda Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.
Aprelin 18-də mərkəzin fəaliyyəti barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, Dövlət Gömrük Komitəsinin əsas hədəflərindən biri də vətəndaş məmnunluğunun təmin olunmasıdır. Yeni mərkəz də gömrük orqanlarının bu sahədəki fəaliyyətinin tərkib hissəsidir və məqsəd vətəndaş müraciətlərinin cavablandırılması prosesində operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır.
Daha sonra tətbiq edilən yeniliklə bağlı videoçarx və xüsusi təqdimat nümayiş etdirilib, media nümayəndələri mərkəzin fəaliyyəti ilə əyani şəkildə tanış olublar.
Qeyd edək ki, mərkəzdə göstərilən bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə həyata keçirilir. Vətəndaşlar burada bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin ödənilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma xidmətlərindən faydalana biləcəklər.
Həmçinin mərkəzdə digər dövlət qurumları - Dövlət Vergi Xidməti, KOBİA, AQTA ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür.
Rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlıandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb.
Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik şəkildə aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq. Eyni zamanda vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalı və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























