"Yaşıl ölkə" avtomobil yürüşü keçiriləcək
"Yaşıl ölkə" avtomobil yürüşünün dəqiq zamanı barədə yaxın günlərdə məlumat veriləcək. Avtomobil karvanında əsasən rəsmi dilerlər tərəfindən təqdim olunan modellər üstünlük təşkil edəcək, lakin ekoloji nəqliyyat vasitələrindən istifadə edən təşkilatlar, klublar və fərdi şəxslər də bu tədbirə qoşula bilərlər."Gələcəyin ekoloji avtomobili» ilə "Yaşıl ölkə"yə səyahət.
Natiq Zərbəliyev
AADA İdarə Heyətinin sədri
Ölkəmizdə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avtomobillərin yürüşü baş tutacaq. «Yaşıl ölkə» adlanan bu layihəni Azərbaycan Avtomobil Dilerləri Assosiyasiya (AADA) həyata keçirir. Xatırladaq ki, ilk ekoloji avto-yürüş ötən ilin 10 may tarixində Bakı - Mingəçevir marşrutu ilə keçirilmişdi.
Avtomobil yürüşləri ən mobil və baxımlı aksiyalardandır. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu sayaq tədbirlər tarixi hadisələrə, tarixi şəxsiyyətlərə hasr olunur. Bəzən cəmiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək üçün də avtomobil yürüşü kimi effektli alətdən istifadə olunur. AADA- nın keçirəcəyi yürüş bu missiyaları özündə birləşdirir. Məlumdur ki, 2023-cü il Azərbaycanda Heydər Əliyev ili elan olunub. Ökəmizin bütün bölgələrində ardıcıl olaraq ulu öndərə həsr olunmuş tədbirlər keçirilir. Biz avtomobil sekotorunun nümayəndələri olaraq, öz yürüşümüzlə bu proqrama qoşulmağı qərara aldıq. Lakin bu adi yürüş deyil, avtomobil karvanı yalnız elektromobil və «hibridlərdən» ibarət olacaq. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və «yaşıl artım ölkəsinə» çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsəində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdədir.
Diqqətinizə çatdırım ki, məktəblilər arasında «Gələcəyin ekoloji avtomobili» adlı növbəti rəsm müsabiqəsinə də start vermişik və müsabiqənin nəticələri «Yaşıl ölkə» yürüşünün startından öncə elan olunacaq. Müsabiqənin şərtləri ilə AADA-nın rəsmi internet saytında və ya sosial şəbəkələrdəki səhifələrimizdə tanış olmaq mümkündür. Qalibləri pul mükafatları və hədiyyələr gözləyir. Bu müsabiqə ilk dəfə 2022-ci ildə baş tutdu. Həmən müsabiqənin qaliblərinə diplom və hədiyyələri Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasıının (AAF) prezidenti Anar Ələkbərov və ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Ben Sulayem təqdim etdilər. Düşünürəm gənc avto- dizaynerlər bu günü yaddan çıxarmayacaqlar. Hazırda elan etdiyimiz müsabiqəyə maraq böyükdür, olduqca maraqlı əsərlər göndərilir. Xatırladım ki, münsiflər heyətinin rəhbər funksiyasını könüllü olaraq, xaricdə fəaliyyət göstərən həmyerlimiz Samir Sadıxov artıq ikinci dəfədir öz üzərinə götürmüşdür. Odur ki, ilkin seçmə mərhələsindən sonra bütün rəsmlər dünya şöhrəlti peşəkar avto-dizaynerə göndərilir.
AADA sıralarında 40-dan çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birəşdirən ictimai birlikdir. Təşkilatımızın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir. Assosiasiya mütəmadi olaraq araşdırmalar aparır, müxtəlif təkliflər hazırlayır, rəsmi qurumlar və ictimai təşkilatlarla müzakirələr təşkil edir. Bununla yanaşı AADA ölkənin sosial həyatında aktiv mövqe tutur, müxtəlif layihələr gerçəkləşdirir, müasir avtomobillərin təşviqi üçün tədbirlər həyata keçirir. Məsələn, 20 ildən çoxdur ki, biz «Caspian Motor-Show», «Caucasus Motor-Show» adlı avtomobil sərgiləri təşkil edirik. Müstəqil Azərbaycanda elə ilk avtomobil yürüşünü də bizim assosiasiya hələ 28 may 1999-cu ildə təşkil etmişdi. Ölkə ərazisində ən iri coğrafiyalı yürüşümüz isə «İlhamla Irəli» şüarı altında 2008-ci ildə baş tutdu. Bu yürüşün ümumi marşrutu 850 km təşkil etmişdi.
Beləliklə AADA-nın parlaq avtomobil tədbirləri təşkil etməkdə təcrübəsi böyükdür. Adi minik və ya «off-road» avtomobillərinin iştirakı ilə dəfələrlə yürüşlər etmişik. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ekoloji avto-yürüşün Qarabağ torpağından keçməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş torpaqlarda yenidən qurulan və təbiətlə vəhdət təşkil edən müasir kənd və şəhərlər fonunda ekoloji cəhətdən zərərsiz avtomobil karvanının yürüşü zənnimcə bütün dünyaya da son dərəcə mənalı mesaj olacaq.
"Yaşıl ölkə" avtomobil yürüşünün dəqiq zamanı barədə yaxın günlərdə məlumat veriləcək. Avtomobil karvanında əsasən rəsmi dilerlər tərəfindən təqdim olunan modellər üstünlük təşkil edəcək, lakin ekoloji nəqliyyat vasitələrindən istifadə edən təşkilatlar, klublar və fərdi şəxslər də bu tədbirə qoşula bilərlər.
Layihənin gerçəkləşməsində hər zaman olduğu kimi Azərbaycan Avtomobil Federasiyası (AAF) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yardımına güvənirik. Yürüşün Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərinə istiqamət alacağını nəzərə alsaq, Mədəniyyət Nazirliyinin bizə göstərdiyi təşkilati dəstək də məntiqlidir. Eləcə də AADA-nın rəsmi tərəfdaşı Mashin.al onlayn avtomobil mərkəzinə təşəkkür edirik.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
12 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 12 saat əvvəl
-
13 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 13 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















