"Baramanın hamısını bizim şirkət qəbul edib"
Keçən il respublikanın 40 rayonunda barama yetişdirilib, 341 tona yaxın yaş barama istehsal olunub. İstehsal olunan baramanın hamısı “Azəripək” MMC-nin mütəxəssisləri tərəfindən yerlərdə qəbul edilib və itkisiz müəssisəyə gətirilib. Tədarük edilən yaş baramadan müəssisədə 130 tonadək quru barama istehsal olunub. Hazırda həmin baramadan müəssisədə emal prosesində istifadə olunur.
Bu barədə bölgə müxbirinə “Azəripək” MMC-nin sədrinin müşaviri Teymur Musayev Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumunun inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə məlumat verib.
MMC-nin rəsmisi bildirib ki, ötən il müəssisədə 30 tona yaxın xam ipək istehsal olunub. Hazırda müəssisədə baramaaçan, boyaq-bəzək, toxucu istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlar mövcud xammal ehtiyatı ilə növbəti barama mövsümünədək fasiləsiz fəaliyyət göstərəcəklər.
Teymur Musayevin sözlərinə görə, builki mövsümdə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurdu toxumundan 320 tonadək yaş barama istehsal olunması gözlənilir. Ötən il olduğu kimi, bu il də kümçülərə istehsal etdikləri yaş baramanın hər kiloqramına görə “Azəripək” MMC tərəfindən 5 manat, dövlət tərəfindən subsidiya şəklində 6 manat olmaqla, ümumilikdə, 11 manat ödəniləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























