ABŞ-dakı böhranda adı çəkilən bankın səhmləri 40%-dən çox ucuzlaşdı
ABŞ-da bank böhranında adı çəkilən banklardan biri olan F"irst Republic"in səhmlərinin qiyməti 40 faizdən çox ucuzlaşıb.
ABŞ-da "First Republic Bank"ın səhmləri, bankın birinci rübün balans hesabatını bazar ertəsi günü açıqlanmasından sonra, bankı ayaqda saxlaya biləcək yardımlara ümidlərin azalması səbəbindən kəskin şəkildə düşüb.
Marja xəbər verir ki, ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) banka qəyyum təyin edə biləcəyi xəbərindən sonra bankın səhmləri 43,3% faiz də ucuzlaşıb. Son 1 ildə isə Bankın səhmləri 97% dəyər itirib.
Bankda depozitlər 40 faizdən çox azalıb
Ötən ay ABŞ-da "Silicon Valley Bank" (SVB) və "Signature Bank"ın iflasından sonra "First Republic Bank"da da maliyyə çətinlikləri yaşanır.
Martın ortalarında "Bank of America", "Citigroup", "JPMorgan Chase" və "Wells Fargo" da daxil olmaqla 11 böyük bank "First Republic Bank"a inamı bərpa etmək üçün (depozitlərin çıxışının qarşısını almaq üçün) cəmi 30 milyard dollar depozit köçürəcəklərini açıqlamışdılar.
"First Republic Bank"nın ilin birinci rübü üzrə balans hesabatı, ABŞ-ın iri banklarından 30 milyard dollar cəlb etməsinə baxmayaraq, bankın əmanətlərinin mart ayının sonunda keçən ilin sonu ilə müqayisədə 40,8 faiz azaldığını ortaya qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
14 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
33 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 46 d. əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
