SOCAR 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub.
Marja xəbər verir ki, bu, SOCAR-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, nüvəffəqiyyəti şərtləndirən amillər sırasında maliyyə və biznes dayanıqlılığının gücləndirilməsi, əməliyyat effektivliyinin artırılması, rəqəmsal enerji texnologiyalarının tətbiqi, habelə əməyin təhlükəsizliyinin gücləndirilməsi xüsusi yer tutub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.
Cari ilin birinci rübündə SOCAR tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur.
Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2% artıb.
Qeyd edilib ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan çox neft, 6,3 milyard kub metrdən çox qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 % artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,7 milyon tona yaxın neft, 892 milyon kubmetrdən çox təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 478,1 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 4,8 milyard kub metr təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























