Ərdoğan: Cudi Gabarda neft aşkar etmişik, yeni kəşfimiz on milyardlarla dollar dəyərindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirdiyi mitinqdə Cudi Gabarda yeni neft yatağı tapıldığını bildirib.
Marja xəbər verir ki, Ərdoğan, "Türkiyə artıq enerjiyə ehtiyacı olan ölkə deyil, enerji ixrac edən ölkə olacaq. Biz xalqımızın çoxəsrlik neft həsrətinə son qoymaq əzmindəyik" deyib və əlavə edib:
"Biz Cudi Gabarda gündəlik 100 min barel hasilat gücünə malik neft yatağı aşkar etmişik. Gabardakı yeni kəşfimiz on milyardlarla dollar dəyərindədir. Bizim yeganə məqsədimiz budur ki, kəşflərimiz və investisiyalarımız ölkəmizin enerji müstəqilliyini maksimum dərəcədə artırsın".
Ərdoğan bildirib ki, Qabardakı neft quyusu şəhid müəllim Aybüke Yalçının adını daşıyır.
Ərdoğan əlavə edib: "Keçən il dünyada quruda edilən ən yaxşı 10 kəşfdən birini etdik. 5-6 il əvvəl təxminən 40 min barel olan ölkəmizin gündəlik hasilatı sutkada 80 min barelə çatdı. Neft göndərməyə başlamışıq, ilk quyudan çıxarılan neft emal üçün neftayırma zavodlarına çatdırılıb".
Gabar dağı Türkiyənin Şırnak vilayətinin şimal-şərqində Cənub-Şərqi Toros silsiləsində dağdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
