Bu il qlobal iflaslar 21 faiz artacaq - HESABAT
Allianz Trade-nin Qlobal İflas Hesabatına görə, dünya üzrə iflaslar 2023-cü ildə 21 faiz artacaqDebitor borclarının sığortası sahəsində fəaliyyət göstərən Allianz Trade şirkətinin Qlobal İflas Hesabatı dərc edilib.
Marja xəbər verir ki, hesabata görə, dünya üzrə iflaslar 2023-cü ildə 21 faiz, 2024-cü ildə isə 4 faiz artacaq.
Hesabatda bildirilir ki, Allianz Trade Qlobal İflas İndeksi növbəti bir neçə il ərzində yüksəlməyə davam edəcək.
İflaslarda ən böyük artım 41% ilə Fransada, 49% ilə ABŞ-da və 52% ilə Hollandiyada yaşanacaq.
Allianz Trade-nin 2023-cü il üçün iflas səviyyələrini təhlil etdiyi ölkələrin yarısında və 2024-cü il üçün beşdə üçündə epidemiyadan əvvəlki rəqəmlərin aşılması ehtimalı var. Avropada iflaslar illik 41% artaraq 2023-cü ildə 59 minə, İngiltərədə 16% artaraq 28 min 500-ə, Almaniyada 22% artaraq 17 min 800-ə, İtaliyada isə 24% artaraq 8 min 900 olacağı gözlənilir. ABŞ-da isə daha sərt kredit şərtləri və əhəmiyyətli iqtisadi yavaşlama nəticəsində 2023-cü ildə iflasların 49 faiz artması gözlənilir.
İrimiqyaslı iflaslar artmaqda davam edir
Hesabata görə, iflasların əksəriyyətini kiçik və orta biznes təşkil etsə də, tendensiya yavaş-yavaş iri şirkətlərə yayılmağa başlayır. Bu, domino effekti riskini yaradır.
Qlobal səviyyədə, 2022-ci ilin son rübündə iri iflasların sayı 88-ə çatıb ki, bu da pandemiyadan əvvəlki səviyyədən bir qədər yüksəkdir.
Hesabatda həmçinin qeyd olunur ki, 2023-cü ildə qlobal artımın ləngiməsi gözlənilir.
Ən çox təsirlənən tikinti, pərakəndə satış və xidmət sektorlarıdır.
Allianz-dan Maxime Lemerle deyib:
"Gəlirləri 50 milyon avrodan çox olan şirkətlər üçün iflasların sayı hazırda pandemiyadan əvvəlki səviyyədən bir qədər yuxarıdır. Tikinti, pərakəndə satış və xidmət sahələri ən çox təsirlənən sektorlardır. Aşağı artım, gəlirliliyə təzyiq və sərt maliyyə şərtləri şirkətlərin dayanıqlığını azaldır”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 11 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















