Bakıdan Paşinyanın Çexiyada səsləndirdiyi iddialara cavab
"Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir."Ermənistanın baş naziri Nikol Paşinyanın Çex Respublikasında mətbuat konfransı zamanı səsləndirdiyi iddialarla bağlı şərh:
Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.
Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.
Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır.
“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir.
Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























