Rabitəbankdan fermerlərə özəl kredit kartı!
(®) Müştərilərinin daim rahatlığı üçün çalışan Rabitəbank AKIA ilə birgə aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin nağdsız əməliyyatlara təşviqi məqsədilə Fermerkart kredit kartını təqdim edir.
Belə ki, bu kart fermerlərin cari xərclərini həyata keçirmək üçün 60 günədək güzəştli kredit xətti təklif edir.
Kartın özəllikləri aşağıdakılardır:
- Kreditin məbləği: 15 000 AZN-dək
- Kredit xəttinin müddəti: 24 ay
- Faizsiz ödəmə imkanı: 60 gün
- Kartı ödənişsizdir
- İllik faiz dərəcəsi:
- Güzəşt müddəti ərzində - 0%
- Güzəşt müddəti bitdikdən sonra, növbəti gündən başlayaraq - 26%
Qeyd edək ki, Fermerkart-ı yalnız nağdsız qaydada TapAgro.az portalından məhsul alışı zamanı istifadə edə, bütün yanacaq doldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla nağdsız şəkildə ödəniş edə bilərsiniz.
Fermerkart-ı onlayn sifarişlə ödənişsiz qaydada əldə edin: https://rbt.az/fermerk
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Qeyd edək ki, TapAgro aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan platformadır. Platforma vasitəsilə təsərrüfat üçün lazım olan bütün istehsal vasitələrini vahid mənbədən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























